Məqsəd və missiya

“Təhlükəsizlik” anlayışının çox sayda izahı vardır. Lakin bu izahlardan yalnız biri tamamilə dəqiqdir: təhlükəsiz – yəni, təhlükənin əksi. Bu anlayışı real məna ilə dolduran bir çox amillər mövcuddur. Əlbəttə ki, təhlükəsizliyin təminatına, mühafizə olunan obyektdən təhlükənin sovuşdurulmasına iddialı olanlar bu məqamın yüksək tələblərinə cavab verməlidirlər.

“FIRE Group MMC” firması, öz fəaliyyətinin fəlsəfəsi olaraq, məhz Maksimal Təhlükəsizliyi hesab etdiyini potensial müştərilərinin nəzərinə çatdırmağı özünə bir borc bilir. Yanğın, alovlanma, yanğın ocağı, coşan alovun dilləri, bəd niyyət, oğurluq, qarət – bütün bunlar o şeylərdir ki, yaranmalarına və ya yayılmalarına “FIRE Group” imkan vermək istəmir. Belə hadisələrin fors-major formada meydana çıxmaları halında isə Şirkətimiz onların vura biləcəkləri zərəri minimuma endirməyə çalışır. Bütün bu məsələlərdə “FIRE Group”ın böyük iş təcrübəsi və gördüyü işə məsuliyyətli və keyfiyyətli şəkildə yanaşması böyük rol oynayır.

“FIRE Group” şirkəti özünün bu menecment fəlsəfəsini - yerinə yetirilən işə institusional, köklü yanaşma ilə, personalın seçilməsinə, onun təliminə, səriştəlilik səviyyəsinin artırılmasına yüksək tələblə, ən qabaqcıl texnikanın, proqram təminatının tədarük və tətbiqi ilə təsdiq edir. “FIRE Group”ın şüarı – “A”dan “Z”dək obyektin əhatə edilməsidir.

Həyatın, sağlamlığın və əmlakın təhlükəsizliyinin təmin edilməsi üzrə konkret məqsədlərin həyata keçirilməsi üçün tətbiq edilən protokollar - operativliyin, məntiqin və effektivliyin dəqiq ahəngi üzərində bərqərar olmuşdur. “FIRE Group” öz səhvləri üzərində öyrənmək üçün yox, problemləri apriori – yəni, əvvəlcədən, “təcrübədən keçənə qədər” həll etmək üçün işçi heyətlə daim treninqlər keçirir.

Şirkətimizin fəaliyyətində mühüm yerlərdən birini də həm işçi heyətin, həm də ki, firmanın menecmentinin real və keyfiyyətli sertifikatlaşdırılması tutur. Sizə xidmət edən şirkətin təcrübəsi, keyfiyyəti, effektivliyi, operativliyi, müasirliyi, peşəkarlığı və vicdanlı işi – Sizin və Sizin yaxınlarınızın təhlükəsizliyinin, Sizin və onların sağlamlığının, əmlakınızın qorunmasının rəhnidir.

Heç bir insan mütləq təhlükəsizliyə zəmanət verə bilməz. Lakin elə qurumlar vardır ki, MAKSIMAL şəkildə mümkün ola bilən təhlükəsizliyə zamin ola bilirlər. 

“FIRE Group”u seçin! Təhlükəsiz həyatı seçin!