Şirkət haqqında

«FIRE Group" MMC yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışını, yanğın və mühafizə siqnalizasiyası; sulu, qazlı, köpüklü yanğın söndürmə sistemlərinin; kamera-nəzarət və girişə nəzarət sistemlərinin; yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını; yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin quraşdırılmasını, texniki baxışını və təmirini; bina avtomatlaşdırılması və  elektronik sistemlər, bir operativ sistemə bir neçə sistemin integrasiyası; ağıllı ev sistemi; yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlərlə təchiz edilməsini həyata keçirir. Həmçinin yuxarıdakı fəaliyyət növlərinə görə “FIRE Group” MMC şirkəti Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malikdir.

"FIRE Group" MMC şirkəti müştərilərinə istehsalında son texnologiyalara əsaslanan və keyfiyyət standartlarına cavab verən Avropa və Amerika  şirkətlərinin məhsullarını təqdim edir. Beləki, “FIRE Group” MMC şirkəti Siemens  AG, Schrack-Seconet AG, Samsung Techwin, AES Corporation, MSA, Nedap, BSH İnternational Luft and Klima, Pyronix, TOA Electronics, Automatic Systems, ACİ FARFİSA İntercoms, Iveco Magirus Brandschutztechnik GmbH, Pojtexnika, Argus-Spektr, Poliservis, Fetaş, Mavili Electronics, Honeywell, Grundfos, Tyco İnternational Ltd, Eaton, Dalğıc, Multiguide GmbH, Mobotix AG, Aypro və başqa şirkətlərin Azərbaycanda tək və yeganə distributorudur. “FIRE Group” MMC şirkəti yalnız yüksək keyfiyyət sertifikatlarına malik olan avadanlıqları və bir çox tanınmış avropa firmalarının məhsullarını ölkəmizdə təqdim etməkdədir.