Havalandırma və tüstüsovurma sistemləri
SNiP (tikinti qaydaları və normalarına) uyğun olaraq otaqlarda və iş yerlərində lazım olan hava şəraitini və dövriyyəsini təmin etmək üçün görülən tədbirlərin toplusuna havalandırma və ya ventilyasiya deyilir. Havalandırma sistemlərinin növləri otaqların təyinatı, işin texnoloji prosesləri və ziyanlı maddələrin havaya tullanmasından asılı olaraq aşağıda göstərilən əlamətlərə görə siniflərə bölünürlər:
- Havanın hərəkətinin təmin edilməsi üçün təzyiqin yaradılma metodlarına görə: təbii və mexaniki havalandırma.
- Təyinatına görə: axınlı və sovurucu havalandırma.
- Sahə xidmətlərinə görə: yerli və ümumi mübadiləli havalandırma.
Təbii havalandırma:
Təbii havalandırma zamanı havanın hərəkət etməsi
aşağıda göstərilənlərə uyğun aparılır:
- Çöldə və içəridə (otaqlarda) hava hərarətinin təfavütünün, yəni aerasiya adlanan prosesin yaranması nəticəsində yaranan havalandırma.
- Atmosfer sütununun aşağı (otaqlar) və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazı vasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırma.
- Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırma.
Mexaniki havalandırma:
Havalandırmanın
bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi
havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə
hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında
ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar,
avtomatika və s. var və onlar böyük miqdarda elektrik enerjisi sərf edə
bilirlər. Onlar müəyyən olunan məkandan havanın verilməsini və uzaqlaşdırılmasını
tələb olunan miqdarda və ətraf mühitin dəyişən vəziyyətindən asılı olmayaraq təmin
edə bilir.
Tüstüsovurma:
Alovlanma və
binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf
olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur. Bununla
əlaqədar olaraq, məhz tüstünün insan sağlamlığına zərər gətirdiyindən,
bina və tikililərin layihələndirilməsində, mühəndislərin məqsədi havalandırma
xəttlərinin və sistemlərinin diqqətli təhlilini aparmaq və insan sağlamlığının və
əmlakının təhlükəsizliyini təmin etmək üçün yanan maddələrin
uzaqlaşdırılmasını layihələndirmək olmalıdır.
Tüstüdən
müdafiə:
Tüstüdən müdafiə sistemlərinin əsas
məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının
boşaldılması və yanğının yarandığı binadan/lardan insanların təhlükəsiz təxliyəsini
təmin etməkdir. Bundan əlavə hər hansı bir binanın tüstü sovurma sistemləri
ilə təchiz edilməsi yanğın söndürən dəstələrə yanğının
söndürülməsini və yayılmasını təşkil etməkdə və yanan maddələrin
uzaqlaşdırılmasında çox kömək edir.
* FIRE Group şirkəti, məhsulları təqdim olunan markaların, Azərbaycanda rəsmi nümayəndəsidir
Məhsullarını təklif etidyimiz markalar
![]() |
|||