Perimetr üzrə mühafizə xidməti
Perimetr üzrə
mühafizə sistemləri özündə elektron qoruyucu hasarları, video müşahidə, müdaxilənin
aşkarlanması sistemlərini, kompyuterləşdirilmiş perimetr mühafizə sistemlərini
birləşdirir. Bu növ mühafizə sistemləri dövlət əhəmiyyətli obyektlərdə, istehsal
obyektlərində, hava limanlarında tətbiq olunur. Eyni zamanda neft sektorunda
sərhədlərin, telekommunikasiyaların və su obyektlərinin qorunması üçün də istifadə
oluna bilər.