Bina İdarəetmə Sistemi
Bina avtomatizasiyası dedikdə
müasir tikililərdə əməliyyat və proseslərin avtomatizasiyası nəzərdə tutulur.
Avtomatizasiya edilən sistemlərə işıqlandırma, soyutma və isitmə, havalandırma
sistemlərini aid etmək olar. Bina avtomatizasiyası intellektual tikililərin əsasını
təşkil edir. Bina avtomatikasının başlıca məqsədi təhlükəsizliyi təmin etmək,
komfort səviyyəsini yaxşılaşdırmaq və resurslardan səmərəli istifadəni təmin etməkdir.
Bina avtomatizasiyasını şərti olaraq üç səviyyəyə ayırmaq olar:
Üst səviyyə - idarəetmə səviyyəsi (Management level) -
Qrafik interfeys vasitəsi ilə operator və sistem arasında idarəetmə funksiyalarını
daşıyır, statistik məlumat bazası toplayır və analitik materiallara əsasən hava
şəraitindən, iş fəaliyyət rejimindən asılı olaraq ən optimal idarə etmə
konfiqurasiyasını və işləmə parametrlərini müəyyən edir. Komyuter avadanlıqları və
SCADA proqram təminatı vasitəsi ilə reallaşır. Bu minimal mühəndis və işçi
qüvvəsindən istifadə edərək binanın bütün texniki avadanlıqlarının
texniki diaqnostikası və servisini təşkil etməyə imkan verir.
Orta səviyyə -
avtomatik idarəetmə (Automation level) – funksional proseslərin avtomatizasiyası,
bunların əsasını idarəetmə kontrollerləri, giriş-çıxış siqnal modulları və
müxtəlif cür kommunikasiya avadanlığı təşkil edir.
Aşağı səviyyə- sahə
səviyyəsi (Field Level) özündə binanın texniki avadanlıqlarının
bütün parametrlərinin texniki göstəriciləri, sensor,datçiklər və
müxtəlif ölçüləri müəyyən edən avadanlıqlar arasında
bağlantını təşkil edir. Müxtəlif ara cihazları vasitəsi ilə binanın texniki
avadanlıqlarını idarə edir.
FIRE Group şirkəti bina idarəetmə sistemini kompleks
şəklində həyata keçirir. Bina İdarəetmə Sistemlərinin tətbiqi bina idarə
edilməsini daha müasir şəkildə, resurslarda səmərəli istifadə edərək reallaşdırır.